Qarabağ steakhouse-da bölgənin ən yaxşı steykləri təklif olunur. Steyklər yalnız xüsusi bəslənmiş, cavan heyvanların ətindən hazırlanır. Steakhouse-da T-Bone, Rib-Eye, Beef Medallion və digər steyk növləri təklif olunur. Bundan əlavə kabablar, milli məzələr və təndirdə bişmiş yeməklər hazırlanır.
“Hər şey daxil” sisteminin mühüm aspekti isveç masası prinsipi üzrə xidmət edən restoranlardır. Əsas restoranda ev rahatlığı,mükəmməl stil və bənzərsiz zəriflik hiss olunur. Gün ərzində, restoran ləziz "İsveç" masası və beynəlxalq mətbəx yeməkləri ilə sizləri sevindirəcək. Gününüzə təzə meyvə, isti yeməklər və şirniyyatın geniş seçimi ilə "İsveç" masasında səhər yeməyi ilə başlayın (07: 00-10: 00). Günorta (12:30-14:30)və ya axşam yeməyinə (19:00-21:30) yenidən acdıqda qayıdın. Gülərüz və diqqətli personal ,son dərəcəli peşəkar aşbaz məmnuniyyət hissi və gün boyu yaxşı əhval-ruhiyyə ilə zəmanət verirlər.
Artıq çəkini atmaq məqsədiylə gələnlər və müntəzəm, sağlam,aşağı kalorili mətbəxə ehtiyacı olanlar üçün isveç masası prinsipi ilə işləyən, əsas restoran ilə eyni saatlarda çalışan Dietik restoranı vardır. Təklif olunan bir sıra pəhriz yeməkləri istənilən formanı əldə etmək və yeməkdən həzz almağa kömək edəcəklər.
Otelin əsas giriş zalında yerləşən Lobbi Bar 24 saat işləyir. Ətirli qəhvənin həzzini burdan ala biləcəksiniz. Bura həmçinin gecə vaxtı dostlar ilə masa arxasında əyləşmək istəyənlər üçün ideal bir yerdir.
Barın eleqantlığı, onun rahat atmosferi xoş vaxt keçirməyə şərait yaradır və Sizlərə əsl relaksasiya bəxş edir. Burda dünyanın müxtəlif yerlərindən gətirilmiş geniş assortmentli çaxırlarla və biri-birindən dadlı kokteyllərlə dostlarla əyləncənizi daha da dadlı və eleqant edə bilərsiniz.
Dincəlmək üçün ecazkar bir yer olan və canlı pianino musiqisi sədaları altında orijinal dizaynlı biokaminə baxaraq rahat kreslonun üzərində oturmaq sizə də gərgin iş günündən sonra rahatlıq bəxş edəcək. Bu romantik yer saat 10:00- dan saat 11:00 a kimi işləyir.
Şam ağacları ilə dolu olan parkda yerləşən basseyn soyuq və dadlı kokteyllər hazırlamaq üçün həmişə qulluğunuzda hazırdır. Saat 9: 00-dan saat 19:00- dək sizlərin yolunuzu gözləyir.
Vitamin Bar fitness mərkəzində keçirilən gərgin məşqlərdən sonra və yaxud da ki, spa mərkəzində keçirilən müxtəlif prosedurlardan sonra faydalı kokteyllərlə orqanizmini möhkəmləndirmək üçün ideal bir yerdir. Bar müxtəlif assortimentdə yenicəsıxilmış meyvə və tərəvəz freşləri sizə təqdim edir. Gündəlik həyatın stressini unudub özünüzü zövqlü atmosfera ilə əhatə edin.
Tennis, voleybol, mini-qolf meydançalarının yanında yerləşən bu bar gərgin oyunlardan sonra və yaxud oyunlar arası fasilədə əyləşib dincəlməyə dəvət edir. Sərinləşdirici içkilər, çaylar və qəhvə həmişə Sizin gündəlik tonusunuzu balanslaşdıracaq. İş vaxtı: Saat 10:00-dan saat 18:00-dək.
İtaliyanın parlaq güşəsi. Özünüzü ev pastasının, pizzanın və dəniz məhsullarının ən yaxşı növləri ilə əzizləməyə imkan yaradın.Burada İtaliyadan ən gözəl inqredientlərindən ibarət olan ətir menyusu təklif olunur. Yeməklər siyahısına təzə salatlar, pasta və sobada hazırlanmış pizza, italyan şərablarını daxil edir. Həmçinin burada əsl italyan qəhvəsinin geniş seçimi, kapuçino və s.təklif olunur. Dost abu-havası və qonaqpərvər xidmət yaxşı bişirilmiş yeməklərə yalnız sadə bir əlavə hesab olunur. İş saatları 12:30-dan 21:30-dək.
Otelin qonaqları 24 saat istənilən vaxt otağa xidmət servisindən yararlana bilərlər. Geniş çeşidli dadlı milli, beynəlxalq mətbəximiz və içkilərlə ilə zövqünüzü oxşayacağıq. Otaq xidmətinə daxil olan xüsusi menyuda olan təamların dadına baxmağı unutmayın. Otaq xidməti həftənin 7 günü 24 saat Sizin xidmətinizdədir. Hər şey Sizin zövqünüzə görə! Nuş Olsun!
Garabag Resort & SPA otelində fəaliyyət göstərən restoran və barlar sizə yerli və xarici mətbəxlərin təamlarını, sərinləşdirici içkiləri peşəkar xidmət göstərərək təqdim edir. Axşam saatlarında isə canlı musiqi və əyləncələr sizə darıxmağa imkan verməyəcək.