OTAQ

SEÇ

FAQ

HOTEL SİYASƏTLƏRİ:

Bələdçi heyvanlardan başqa digər ev heyvanlarının hotelə daxil edilməsinə icazə verilmir.

Ləğvetmə siyasətlərimiz ilə tanış olmaq üçün, zəhmət olmasa bu keçiddən istfadə edin.

Məxfilik siyasətlərimiz ilə tanış olmaq üçün, zəhmət olmasa bu keçiddən istfadə edin.

Heç bir otaqda siqaret çəkməyə icazə yoxdur. Bütün qonaqların rahatlığı üçün bayırda kül qabılar təchiz edilib, siqaret çəkmək istəyən şəxslər siqareti həmin yerlərdə çəkməlidir. 

OTAQDA ƏLAVƏ XİDMƏTLƏR:

Hotelin bütün hissələrində yüksək sürətli simsiz internet təmin edilir.

Bəli, otaqlarımızın bəzilərində əlil arabası üçün keçid mövcuddur. Xahiş edirik, rezervasiya üçün zəng etdikdə ehtiyaclarınızı bizə bildirin ki, onları sizin üçün təmin edə bilək.

Siz yalnız rezervasiya zamanı müəyyənləşdirdiyiniz təqdirdə otağınız üçün əlavə çarpayı istəyə bilərsiniz.

Bəli, qonaqların yataq otaqlarında yerləşdirilə bilən müxtəlif qarşılama hədiyyələri təqdim edirik. Xahiş edirik, ətraflı məlumat üçün qeydiyyat masası ilə əlaqə yaradın.

Otaqların əksəriyyətində bir uşaq çarpayısını əlavə ödənişsiz təmin edə bilərik. Lakin uşaq çarpayılarının sayı məhduddur.

Bəli, bütün yataq otaqları pulsuz istifadə üçün bir saç qurutma feni ilə təchiz edilib.

HOTEL MƏLUMATLARI:

Qonaqlardan saat 15:00-da hotelə gəlmələri gözlənilir. Mümkün olduqda sizi məmnuniyyətlə otağınıza  daha erkən yerləşdirə bilərik.

Çıxış vaxtı 12:00-dur. Mümkün olduqda vaxt uzadıla bilər, lakin bu hal əvvəlcədən bildirilməlidir. 

Səhər yeməyi 07:00-dan 10:30-a qədər servis edilir.

Qəlyanaltı 13:00-dan 15:00-a qədər servis edilir.

Nahar 18:30-dan 20:30-a qədər servis edilir.

İstənilən növ nəqliyyat vasitəsinə uyğun gələn geniş parkinq ərazimiz mövcuddur.

Bəli, hotelimiz kondisionerlərlə təchiz edilib.

Bəli, 24-saat otaq servisi təmin edə bilərik.

Qeydiyyat masasındakı əməkdaşlarımız tərəfindən sizin üçün oyatma zəngləri təşkil edilə bilər. Xahiş edirik, bu xidmət üçün qeydiyyat masası ilə əlaqə yaradın.

Şirvan prospekti 12, Naftalan, AZ 4600. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 4.5 saatlıq məsafə.
                                                              

TİBBİ MÜALİCƏLƏR:

Naftalan yağı ilə müalicənin əks göstərişləri:
Kəskin oynaq xəstəlikləri;
Mərkəzi sinir sisteminin üzvi xəstəlikləri;
Bədxassəli və xoşxassəli şişlər (istənilən nahiyədə);
Kəskin ginekoloji pozğunluqlar;
Bütün üzvlərin vərəm xəstəliyi;
Qan dövranı çatışmazlığı II və III dövr;
Hiperteniya xəstəliyi III dövr;
Angina ilə müşahidə olunan xroniki koronar çatışmazlıq II və III dövr, keçirilmiş miokard infarkt;
Səyrici aritmiya, paroksizmal taxikardiya; 
Müxtəlif mənşəli şiddətli anemiya;
Kəskin nevrit və nefropatiya;
Müxtəlif mənşəli qaraciyər çatışmazlığı;
Ruhi xəstəliklər;
Epilepsiya;
Zöhrəvi xəstəliklər;
Bütün qan xəstəlikləri;
Hamiləlik və uşağa süd vermə dövrü