OTAQ

SEÇ

Skandinaviya gəzintisi



Xüsusi çubuqlarla gəzinti gündən-günə məşhurlaşan sərbəst idman növüdür. 130000 m2 sahəsi olan gözəl park müxtəlif müddət ərzində gəzintiyə çıxmaq imkanı yaradır. Məşğələlərdən əldə olunan effekt - bütün bədən əzələlərinin 90%-nin məşq etdirilməsi, ürək və ağciyər fəaliyyəti yaxşılaşır, tarazlıq və koordinasiya hissi yaxşılaşır.

GÖSTƏRİŞLƏR

  • ürək-damar sistemi xəstəlikləri zamanı (ürəyin işemik xəstəliyi, arterial hipertenziya, vegetativ damar distoniyası, aşağı ətrafların obliterasiyaedici enarteriiti zamanı);
  • xroniki qeyri-spesifik ağciyər xəstəlikləri zamanı;
  • maddələr mübadiləsinin pozulması ilə bağlı xəstəliklər zamanı (piylənmə, metabolik sindrom, 2 tip şəkərli diabet);
  • dayaq-hərəkət aparatının xəstəlikləri zamanı (osteoxondroz, artrozlar, artritlər, osteoporoz);
  • sinir və psixi xəstəliklər zamanı (depressiv vəziyyətlərdə Alzheimer xəstəliyi, Parkinson xəstəliyi zamanı).

ƏKS GÖSTƏRİŞLƏR

  • xroniki koronar çatışmazlığın kəskinləşməsi,
  • yaxınlarda keçirilmiş miokard infarktı və ya insult,
  • ürək və aorta anevrizması,
  • tromboflebitin kəskinləşməsi,
  • qanaxma ehtimalı,
  • kəskin iltihablı böyrək xəstəlikləri,
  • kəskin yoluxucu xəstəliklər və ya xroniki yoluxucu xəstəliklərin kəskinləşməsi,
  • ürək fəaliyyəti ritminin ağır pozulması (paroksizmal taxikardiya, titrəyici aritmiya və s.),
  • ağciyərlərin həyati əhəmiyyətə malik tutumunun əhəmiyyətli dərəcədə (50% və daha çox) azalması ilə, ağciyər çatışmazlığı,
  • qlaukoma və inkişaf edən uzağı görmə qabiliyyəti zəifliyi (tor qişasının təbəqələnməsi təhlükəsi ilə),
  • yüksək arterial hipertenziya (III dərəcə, - arterial təzyiq 180/110 və daha yüksək, - dərman terapiyasının təsirinə qarşı davamlı olan),
  • tireotoksikoz və ağır forma şəkərli diabet zamanı (insulin vasitəsilə nəzarət olunmayan).

PROSEDURUN NƏTİCƏLƏRİ

  • Əzələ fəaliyyətinin daha bərabər və kompleks şəkildə bölüşdürülməsi ilə fərqlənir.
  • Hər iki qurşağı (aşağı və yuxarı çiyin qurşağı) aktivləşdirəcək ki, bu da osteoxondroz zamanı xüsusilə əhəmiyyətlidir.
  • Bütün orqan və sistemləri məşq etdirir. Buna görə, ümumi geodinamika və mikrosirkulyasiya yaxşılaşır, ürək atımı artır. Beyin və ürək fəaliyyəti daha effektiv olur.
  • Oynaqlar üçün əla gimnastikadır. Axı o, bütün oynaqları, o cümlədən, onurğa sütunu və çiyin oynaqlarını işə salacaq.
  • Artıq bədən çəkisi zamanı onurğa sütununa və oynaqlara düşən yükü götürür.
  • Yuxunu normallaşdırır, emosional-iradə sahəsini möhkəmləndirir, stress zamanı kömək edir.