Fitnes mərkəzi

ENTERA SPA & Wellness fitness mərkəzində yerləşən müalicəvi bədən tərbiyəsi, yoqa və pilates zalında qrup məşğələlərinə qoşula və şəxsi məşqçi ilə işləmək olar. Güc və kardio tipli trenjorlarla təchiz olunmuş müasir trenajor zalında məşqlər isə yaxşı idman formasında qalmağa kömək edir. Təmiz havada məşğul olmaq istəyənlər üçün iə parkda xüsusi trenajor dayanacaqları təşkil olunub.

Hovuz yanında istirahət

Garabag SPA&Wellness hovuzlarında üzmək qonaqlara böyük həzz bağışlayır. İsti yay vaxtında individual günlükləri olan rahat şezlonqlarla təchiz olunmuş üstüaçıq hovuz daha aktual olacaq. Oyunlar və su gimnastikası bir çox aktiv istirahət sevərləri cəlb edəcək, hovuzun yanındakı barda müxtəlif sərinləşdirici içkilər isə istidə təravətlənməyə kömək edəcək. Entera SPA-dakı üstübağlı hovuz hətta kurort mövsümü bitdikdən sonra belə, istirahət vaxtını uzatmağa imkan verərək ilin istənilən vaxtı qonaqları dəvət edir.

Skandinaviya gəzintisi

Xüsusi çubuqlarla gəziş getdikcə populyarlıq qazanan müstəqil idman növüdür. Sahəsi 130000 m2 olan füsunkar park müxtəlif zaman müddətli gəzintilərə imkan yaradır. Məşğələlərin effekti – 90%-a yaxın bədən əzələlərinin məşqi, ürək və ağciyərlərin işinin yaxşılaşması, tarazlıq və koordinasiya hisslərinin yaxşılaşmasından ibarətdir.

Müalicəvi terrenkur

Terrenkur - müəyyən, qeyd olunmuş marşrutlar üzrə piyada gəzinti üsuluyla fiziki iş miqdarının tənzimlənməsi tətbiq olunan sanatoriya-kurort müalicə üsuludur. Piyada gəzinti vaxtı orqanizm möhkəmlənir, əzələlər arasında iş paylanır, ürək döyüntüsü artır, maddələr mübadiləsi güclənir. Əlbəttə ki, adi gəzinti kimi əhval-ruhiyyəyə müsbət təsir göstərir.

Mini-qolf

Parkda yerləşən böyük qolfun kiçik versiyası, həqiqətən, çox sadə, kreativ, yeni və hamıya istənilən yaşda mümkün olan istirahət brendi və həyat üslubudur. Bu gün mini-qolf kütləvi, demokratik və həqiqi beynəlxalq oyun kimi tanınmışdır.

Aktiv istirahət sevərlər üçün şam ağacları əhatəsində tenis kortu, voleybol və basketbol meydançaları yerləşir.

Uşaqlar üçün oyun meydançası

Oyun təchizatı uşaqların sosial adaptasiyasına yaxşı təsir göstərən, fiziki və əqli inkişafa kömək edən konstruktiv birləşmələr toplusudur. Təmiz havada oyunlar, şən yarışlar və daha bir çox tədbirlər bu meydançanı uşaqların ən sevimli oyun yeri edəcək.

Ticarət və əyləncə mərkəzi

Oteldə yerləşən ticarət və əyləncə mərkəzi SPA mərkəzindəki istirahət və prosedurlarla bərabər, şopinq etmək, oyun avtomatlarında oynamaq, Piazzeta kafesində əsl pizza dadmaq, maraqlı film seyr etmək və ya kino-konsert zalında maraqlı leksiyaya baş çəkmək, bilyard partiyası oynamaq və ya rahat kafedə oturub fəvvarənin xoş səsi fonunda dadlı təamlardan həzz almaq imkanıdır.

Kitabxana

Otelin kitabxanasına çəkilmək və maraqlandığınız kitabı seçmək olar. Bizim kitabxanada dünyanın bir çox dillərində kitablar tapmaq olar. Biz sizə gətirdiyiniz və ya artıq oxuyub qurtardığınız kitabı kitabxanada saxlamağı təklif edirik ki, həmin kitablardan başqaları da həzz ala bilsin. Oxuyub qurtara bilmədiyiniz kitabı isə özünüzlə apra bilərsiniz.

Biznes mərkəzi

İstirahət vaxtı biznesə vaxt ayıran işgüzar insanlar üçün iş, işgüzar danışıqların aparılması, sənədlərin təcili çapı və s. üçün çox gözəl təchiz olunmuş zal təklif olunur.

Çayxana

Azərbaycanda çay ənənəvi içkidir və Garabag otelindəki çayxana hər zaman yeni dəmlənmiş çaydan, onunla bərabər Sizə verilən mürəbbədən (Azərbaycanda 30 növdən çox mürəbbə vardır) və müxtəlif milli təamlardan həzz almaq üçün bir yerdir.