OTAQ

SEÇ

Sualtı masaj



PROSEDURUN TƏSVİRİ

Sualtı duş-masaj hidromasaj növlərindən biridir, başqa sözlə desək, bu, müəyyən temperaturlu şlanqdan təzyiq altında su ilə masajdır. Bu cür masaj metodu orqanizmə ümumilikdə müsbət təsir göstərir. Bu prosedurdan sonra arterial təzyiq azalır, qan dövranı yaxşılaşır, əzələ tonusu güclənir və orqanizmdə bütün həyati əhəmiyyət kəsb edən sistemlər aktivləşir.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Vannada suyun temperaturu 30-37° С təşkil edir. Pasiyent suya daxil olur və 5-7 dəqiqə ərzində sadəcə suda uzanır, suyun temperaturuna öyrəşir və tədricən bədənini zəiflədir. Bu müddət keçdikdən sonra, bilavasitə olaraq masaj başlayır. Masaj nasosa birləşdirilən elastik şlanq vasitəsilə həyata keçirilir. Bu şlanq vasitəsilə, 1 atmosferdən 3-4 atmosferədək olan təzyiq altında su axını çıxır ki, masaj təsirini məhz həmin su axını göstərir. Prosedurun davam etdiyi ümumi müddət, bir gündən bir 15 dəqiqədən 30 dəqiqəyədək, nadir hallarda, 40 dəqiqə təşkil edir. Müalicə kursu 7-8 vanna təşkil edir, hər yarım ildən bir təkrarlamaq tövsiyə olunur.

GÖSTƏRİŞLƏR

Fizioprosedurdan ən çox müsbət effekt aşağıda qeyd olunan xəstəliklərdən əziyyət çəkən pasiyentlərdə müşahidə olunur:

  • oynaq və onurğa sütunu patologiyaları;
  • maddələr mübadiləsinin pozulması;
  • periferik sinir sistemi xəstəlikləri;
  • travma nəticələri;
  • hipotoniya;
  • mədə-bağırsaq yolu xəstəlikləri;
  • sinir pozuntuları və depressiv vəziyyətlər;
  • artıq çəki və s.

ƏKS GÖSTƏRİŞLƏR

Faydalı olmasına baxmayaraq, metodikanın bir sıra əks göstərişləri var:

  • ürək xəstəlikləri (infarktsonrası vəziyyət);
  • 2-3 dərəcəli hipertoniya;
  • onkoloji proseslər;
  • tromboflebit;
  • sidik daşı xəstəliyi;
  • yoluxucu xəstəliklər;
  • hamiləlik.

PROSEDURUN NƏTİCƏLƏRİ

Sualtı duş-masaj kursundan sonra pasiyentlərdə ümumi vəziyyət yaxşılaşır, baş və oynaq ağrıları azalır, xolesterin səviyyəsi azalır, ayaqlardakı ödem çəkilir, selülit əlamətləri özünü daha az büruzə verir.

REZERV ETMƏK