PROSEDURUN TƏSVİRİ
Ultrasəs müayinəsi, demək olar ki, insanın bütün sistem və orqanlarının qiymətləndirilməsi üçün istifadə olunan diaqnostika metodudur. Bu ən məşhur, sadə və informativ müayinə və diaqnozqoyma, habelə, müalicə dinamikasının qiymətləndirilməsi metodudur.
PROSEDURUN KEÇİRİLMƏ QAYDASI
USM, yaxud ultrasəs diaqnostikası kifayət qədər uzun müddətdir ki məşhurdur, hər kəsin bu üsul barədə eşidib və tibbin müxtəlif sahələrində, məsələn, qastroenterologiyada və hepatologiyada, ginekologiyada, mamalıqda, kardiologiyada, vena və arteriyaların, qalxanabənzər və süd vəzilərinin müayinəsində, urologiyada uğurla istifadə olunur.
Onun təsir prinsipi exolokasiyaya əsaslanır: pasiyentin dərisində olan verici eyni zamanda həm şüa buraxan, həm də ultrasəs qəbuledicisidir. Ultrasəs, vericidən çıxaraq, dəridən nüfuz edir və, bu və ya digər dərəcədə, kip orqanlardan, məsələn, qaraciyərdən və ya böyrəklərdən əks olunur. Əks olunan səs eyni verici tərəfindən qeydə alınır və USM cihazı vasitəsilə görüntüyə çevrilir. Bununla USM-nin təhlükəsizliyi şərtləndirilir (bu zaman sadəcə səs buraxılır, baxmayaraq ki, rəqs tezliyi çox yüksək olduğuna görə, insan qulağı onu eşitmir). Metod, hətta hamiləlik zamanı və kiçik uşaqlar üçün belə, tamamilə təhlükəsizdir. Müayinə az müddət çəkir, nəticə isə dərhal məlum olur. Bu üsulun tək çatışmazlığı USM vasitəsilə insanın bütün orqanlarını müayinə etmək mümkün deyil, bunu yalnız kip, daxilində havanın olmadığı orqanlarla (məsələn, qaraciyərlə, dalaqla, böyrəklərlə və ya mədəaltı vəzisi ilə) etmək olar, çünki "havası olan" orqanlar (məsələn, ağciyərlər) səsi əks etdirmir.
ULTRASƏS DİAQNOSTİKASININ ÜSTÜNLÜKLƏRİ
PROSEDURUN DAXİL EDİLDİYİ MÜALİCƏ TƏKLİFLƏRİ
✓TƏKLİF-"ALTERNATİV MÜALİCƏ PROQRAMI"
✓TƏKLİF-"NAFTALANLA STANDART MÜALİCƏ PROQRAMİ"
✓TƏKLİF-"ARTRİTİN MÜALİCƏSİ PAKETİ"
✓TƏKLİF-"PSORİAZ MÜALİCƏSİ PAKETİ"
✓TƏKLİF-"PODAQRA MÜALİCƏSİ PAKETİ"
✓TƏKLİF-"BEXTEREV XƏSTƏLİYİN MÜALİCƏSİ PAKETİ"
✓TƏKLİF-"SAĞLAM ONURĞA PAKETİ"
✓TƏKLİF-"OSTEOXONDROZ MÜALİCƏSİ PAKETİ"
✓TƏKLİF-"IMMUNITETI GÜCLƏNDİRƏN PAKET"
✓TƏKLİF-"ARTROZUN MÜALİCƏSİ PAKETİ"
✓TƏKLİF-"ƏSƏBSİZ HƏYAT PAKETİ"