PROSEDURUN TƏSVİRİ
Maqnit terapiyası orqanizmin problemli zonasına dəyişən və ya sabit təsirli aşağı tezlikli maqnit sahələrinin təsirinə əsaslanan məşhur fizioterapiya qəbuludur. Müalicəvi və profilaktik məqsədlərlə, baza, tamamlayıcı metod kimi və ya dərman terapiyasının alternativi qismində istifadə olunur.
PROSEDURUN KEÇİRİLMƏ QAYDASI
Pasiyent bütün bədən boyunca hərəkət edən aparatın içinə yerləşdirilir və orqanizmə müxtəlif tezlikli maqnit impulsları ilə təsir göstərilir. Mobil aparatlardan istifadə edildiyi zaman prosedurun mahiyyəti zədələnmiş orqanlara lokal təsir üçün maqnitin ağrılı nahiyələrə qoyulmasından ibarət olur. Maqnit terapiyası kursu 10-15 seans davam edir. Prosedurları hər gün və ya bir gündən bir həyata keçirilməlidir. Prosedur ən çoxu 30 dəqiqə davam edir.
GÖSTƏRİŞLƏR
Maqnit terapiyası, demək olar ki, bütün orqan və sistemlərin patologiyalarının müalicəsi üçün, habelə, profilaktik məqsədlərlə, həmçinin, uzunmüddətli xəstəliklərdən və əməliyyatlardan sonra bərpa üçün istifadə olunur.
Göstərişlər sırasına aşağıdakılar daxildir:
ƏKS GÖSTƏRİŞLƏR
PROSEDURUN NƏTİCƏLƏRİ
Maqnit təsirli prosedurlar damar genişləndirici effekt göstərir, ağrını kəsir, iltihabı götürür, bədəni boşaldır və orqanizm hüceyrələrinin regenerasiyasına səbəb olur.
PROSEDURUN DAXİL EDİLDİYİ MÜALİCƏ TƏKLİFLƏRİ
✓"ALTERNATİV MÜALİCƏ PROQRAMI"
✓"NAFTALANLA STANDART MÜALİCƏ PROQRAMI"
✓"OSTEOXONDROZ MÜALİCƏ PAKETİ"
✓"İMMUNİTETİ GÜCLƏNDİRƏN PAKET"