OTAQ

SEÇ

Fizioterapiya - Darsonval



PROSEDURUN TƏSVİRİ

Darsonvallaşdırma orqanizmin səthi toxumalarına və selikli qişalarına yüksək tezlikli v zəif dəyişən impulsiv cərəyanlarla təsirin göstərilməsidir. Qan damarlarını genişləndirir, yerli qan dövranını aktivləşdirir, venoz stazı azaldır, damarların keçiriciliyini artırır, dərini oksigenlə zənginləşdirir və onu mikroelementlərlə təmin edir. Toxumaların qidalanmasını yaxşılaşdırır, maddələr mübadiləsini stimullaşdırır. Yerli qaşınma, iltihab əleyhinə, analgetik, trofik və bakterisid effekt göstərir.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Cihazın bir neçə rejimi - gücü var. Onlardan hər birini, tətbiq ediləcək nahiyədən asılı olaraq, seçmək tövsiyə olunur. Cihazın yaratdığı dəyişən cərəyan, dəri ilə təmas zamanı, toxumaları və damarları tonusa gətirir, bununla da qan və limfa axınını yaxşılaşdırır və sürətləndirir. Belə ki, təsir zonasında maddələr mübadiləsi və toxumaların qidalanması yaxşılaşır. Aparat istifadə edildiyi zaman kiçik miqdarda cərəyanın təsiri altında ozon əmələ gəlir. Cavanlaşdırıcı və stimullaşdırıcı effektlərdən başqa, ozon bakterisid xüsusiyyətlərə malikdir.

PROSEDURUN TƏTBİQ EDİLMƏSİ MƏQSƏDİ

Cərəyanla fizioterapevtik prosedurlar insan orqanizminə dərhal təsir göstərir. Bu prosedurlar keçirildikdən sonra, ağrı sindromu əhəmiyyətli dərəcədə azalır və ya ümumiyyətlə yox olur, mübadilə prosesləri normallaşır, iltihab reaksiyası azalır, toxumaların trofikası yaxşılaşır, regenerativ proseslər aktivləşir. Bədənin müxtəlif nahiyələrində müntəzəm olaraq tətbiq edildiyi zaman qocalma prosesləri ləngiyir, dərinin, saçların keyfiyyəti nəzərə çarpacaq dərəcədə yaxşılaşır, ağrı hissi aradan qalxır, bədən daha qamətli olur. Cərəyanla terapiya kosmetik vasitələrin verdiyi effekti yaxşılaşdırır, onların keçiriciliyini bir neçə dəfə gücləndirir.

DARSONVAL ÜÇÜN GÖSTƏRİŞLƏR

  • akne;
  • infeksion dəri patologiyaları;
  • aşağı tonus, dəri zəifliyi və qırışlar;
  • yüksək yağlılıq dərəcəsi və iri məsamələrin mövcudluğu;
  • limfostaz və digər durğunluq halları;
  • dermatit, dəmrov, ekzema, üzün qeyri-bərabər rəngi;
  • ödemlilik;
  • allopesiya və saçların həddindən artıq tökülməsi;
  • selülit və piy yığıntıları;
  • osteoxondroz və oynaq xəstəlikləri

DARSONVAL ÜÇÜN ƏKS GÖSTƏRİŞLƏR

  • Hamiləlik;
  • Təsir zonasında tük örtüyünün bol olması;
  • Kəskin və ya müalicə edilməyən kuperoz;
  • Ürək-damar çatışmazlığı və aritmiya;
  • Kardiostimulyatorun olması;
  • İstənilən növ yeni törəmənin olması;
  • KRVİ;
  • Dərinin yoluxucu xəstəlikləri;
  • Ağciyər vərəmi;
  • Ağır hipertoniya forması;
  • Uşaqlara əks göstərişlidir;
  • Yüksək həssaslıq dərəcəsi və allergik reaksiyalara meyl; Orqanizmin proseduru fərdi ol
  • Tromboflebit;
  • Epilepsiya;

PROSEDURUN NƏTİCƏLƏRİ

Fizioterapiyanın və cərəyanın tətbiq edilməsi ilə prosedurların effektivliyi artıq çoxdan sübut edilib. Müasir tibb müəssisələrində və fiziokabinetlərdə çoxdandır cərəyanın köməyi ilə ən müxtəlif xəstəliklərin müalicəsi üçün aparatlar quraşdırılıb.

Kosmetologiyada cərəyanlar eyni prinsiplə təsir göstərir - maddələr mübadiləsini aktivləşdirir, durğunluq hallarından xilas edir, dərinin və saçların keyfiyyətini yaxşılaşdırır. Cərəyan, sözün əsl mənasında, yaş keçdikcə orqanizmimizdə zəifləyən prosesləri (kollagen, elastin ifrazı, oksigenlə zənginləşdirmə, qidalandırma) həyata qaytarır və bərpa edir. Cərəyanın təsiri sayəsində, damarlar, kapillyarlar və əzələlər reflektor olaraq tonusa gətirilir. Bu cür "məşq" onların elastikliyini qoruyub saxlamağa imkan verir ki, nəticədə, qan dövranı normallaşacaq, toxumalar kifayət qədər oksigenlə təmin ediləcək və mübadilə prosesləri sürətlənəcək.

PROSEDURUN DAXİL EDİLDİYİ MÜALİCƏ TƏKLİFLƏRİ

✓"PSORİAZ MÜALİCƏ PAKETİ"

✓"ALTERNATİV MÜALİCƏ PROQRAMI"

✓"NAFTALANLA STANDART MÜALİCƏ PROQRAMƏ"