OTAQ

SEÇ

Yod-brom vannası



Sanator-kurort müəssisələrində Yod-brom vannasından geniş istifadə olunur. Yod-brom vannası ilə müalicə kursu 7-10 prosedurdur. Yod-brom vannası ilə müalicənin təsirindən metobolizm sürətlənir, iltihab əleyhinə, sedativ, ağrıkəsici müalicə effekti əldə edilir. Dayaq-hərəkət aparatının, oynaq xəstəliklərinin müxtəlif ginekoloji xəstəliklərin həmçinin müxtəlif endokrin xəstəliklərin, həzm traktın, uroloji, sonsuzluqda, ürək-damar xəstəliklərinin, dəri xəstəliklərinin müalicəsində geniş istifadə edilir. Naftalan vannasına əks göstəriş olduqda, alternativ müalicə kimi Yod-brom vannası istifadə olunur.