Xüsusi çubuqlarla gəzinti gündən-günə məşhurlaşan sərbəst idman növüdür. 130000 m2 sahəsi olan gözəl park müxtəlif müddət ərzində gəzintiyə çıxmaq imkanı yaradır. Məşğələlərdən əldə olunan effekt - bütün bədən əzələlərinin 90%-nin məşq etdirilməsi, ürək və ağciyər fəaliyyəti yaxşılaşır, tarazlıq və koordinasiya hissi yaxşılaşır.
GÖSTƏRİŞLƏR
- ürək-damar sistemi xəstəlikləri zamanı (ürəyin işemik xəstəliyi, arterial hipertenziya, vegetativ damar distoniyası, aşağı ətrafların obliterasiyaedici enarteriiti zamanı);
- xroniki qeyri-spesifik ağciyər xəstəlikləri zamanı;
- maddələr mübadiləsinin pozulması ilə bağlı xəstəliklər zamanı (piylənmə, metabolik sindrom, 2 tip şəkərli diabet);
- dayaq-hərəkət aparatının xəstəlikləri zamanı (osteoxondroz, artrozlar, artritlər, osteoporoz);
- sinir və psixi xəstəliklər zamanı (depressiv vəziyyətlərdə Alzheimer xəstəliyi, Parkinson xəstəliyi zamanı).
ƏKS GÖSTƏRİŞLƏR
- xroniki koronar çatışmazlığın kəskinləşməsi,
- yaxınlarda keçirilmiş miokard infarktı və ya insult,
- ürək və aorta anevrizması,
- tromboflebitin kəskinləşməsi,
- qanaxma ehtimalı,
- kəskin iltihablı böyrək xəstəlikləri,
- kəskin yoluxucu xəstəliklər və ya xroniki yoluxucu xəstəliklərin kəskinləşməsi,
- ürək fəaliyyəti ritminin ağır pozulması (paroksizmal taxikardiya, titrəyici aritmiya və s.),
- ağciyərlərin həyati əhəmiyyətə malik tutumunun əhəmiyyətli dərəcədə (50% və daha çox) azalması ilə, ağciyər çatışmazlığı,
- qlaukoma və inkişaf edən uzağı görmə qabiliyyəti zəifliyi (tor qişasının təbəqələnməsi təhlükəsi ilə),
- yüksək arterial hipertenziya (III dərəcə, - arterial təzyiq 180/110 və daha yüksək, - dərman terapiyasının təsirinə qarşı davamlı olan),
- tireotoksikoz və ağır forma şəkərli diabet zamanı (insulin vasitəsilə nəzarət olunmayan).
PROSEDURUN NƏTİCƏLƏRİ
- Əzələ fəaliyyətinin daha bərabər və kompleks şəkildə bölüşdürülməsi ilə fərqlənir.
- Hər iki qurşağı (aşağı və yuxarı çiyin qurşağı) aktivləşdirəcək ki, bu da osteoxondroz zamanı xüsusilə əhəmiyyətlidir.
- Bütün orqan və sistemləri məşq etdirir. Buna görə, ümumi geodinamika və mikrosirkulyasiya yaxşılaşır, ürək atımı artır. Beyin və ürək fəaliyyəti daha effektiv olur.
- Oynaqlar üçün əla gimnastikadır. Axı o, bütün oynaqları, o cümlədən, onurğa sütunu və çiyin oynaqlarını işə salacaq.
- Artıq bədən çəkisi zamanı onurğa sütununa və oynaqlara düşən yükü götürür.
- Yuxunu normallaşdırır, emosional-iradə sahəsini möhkəmləndirir, stress zamanı kömək edir.