OTAQ

SEÇ

SİDR ÇƏLLƏYİ



PROSEDURUN TƏSVİRİ

Sibir sidr ağacından kabinəyə verilən bitki otları ilə zəngin buxar insana xoş təsir göstərir və bir çox xəstəlikdən qurtulmağa kömək edir. Bu prosedurun köməyi ilə, orqanizmin ümumi və hüceyrə səviyyəsində təmizlənməsi baş verir, bütün orqan və sistemlərin fəaliyyəti stimullaşdırılır, maddələr mübadiləsi normallaşır, dəri təmizlənir və cavanlaşır, sinir sistemi bərpa olur və möhkəmlənir. Çəllək, ürək-damar sisteminə xoş təsir göstərərək, xroniki yorğunluq sindromundan xilas olmağa kömək olur.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Orta hesabla, prosedur 15-20 dəqiqə davam edir. Pasiyent nə qədər az hazırlıqlıdırsa, o qədər kiçik müddətdən başlamalıdır. Axı buxara enmə orqanizm üçün stressdir. Baxmayaraq ki, bu, faydalı stressdir, onu ehtiyatla tətbiq etmək lazımdır. Baş fırlandığı, təzyiq qalxdığı, dözmək mümkün olmadığı zaman çəlləkdə qalmaq, sağlamlıq üçün faydadan çox zərər verəcək.

SİDR ÇƏLLƏYİNİN İSTİFADƏ EDİLMƏSİ ÜÇÜN GÖSTƏRİŞLƏR

Termik prosedurlar aşağıdakı məqsədlərlə aparılır: orqanizmi toksinlərdən təmizləmək üçün; dəri məsamələrini genişləndirmək üçün, onun keçiricilik qabiliyyətini artırmaq üçün; artıq çəkini aradan qaldırmaq; selüliti aradan qaldırmaq; oynaqların vəziyyətini yaxşılaşdırmaq; immuniteti artırmaq; dərini hamar və elastik etmək; insan orqanizminin ümumi vəziyyətini yaxşılaşdırmaq. Sidr çəlləyinin istifadə edilməsi aşağıdakı hallarda göstərişlidir:

  • artrozlar və artritlər zamanı; 
  • dəridə problemlər olduğu zaman; 
  • tənəffüs sistemi xəstəlikləri zamanı; 
  • artıq çəki zamanı; 
  • osteoxondroz zamanı; 
  • fəqərəarası yırtıq zamanı; 
  • tez-tez baş verən soyuqdəymə zamanı;
  • həddindən çox yorğunluq zamanı;
  • tənəffüs orqanlarının xroniki iltihabı zamanı;
  • iltihablı genezisə malik ginekoloji xəstəliklər zamanı;
  • qabırğaarası nevralgiya zamanı;
  • bağlar dartıldığı zaman;
  • sınıq və çıxıqlardan sonra bərpa zamanı.

ƏKS GÖSTƏRİŞLƏR

  • ağır qaraciyər xəstəlikləri;
  • hipertoniya ilə müşayiət olunan böyrək xəstəlikləri;
  • epilepsiya;
  • boğulma tutmaları; 
  • həzm sistemində xoralar; 
  • kəskin mərhələdə olan oynaq xəstəlikləri; 
  • yoluxucu və allergik xarakterli dəri xəstəlikləri; 
  • sidik sistemində daşların olması; 
  • bədxassəli yenitörəmələr;
  • vərəm; 
  • əməliyyatsonrası vəziyyət; 
  • endokrin xəstəliklər; 
  • qlaukoma; 

PROSEDURUN NƏTİCƏLƏRİ

Müalicəvi buxar əzələ yorğunluğunu və sinir sisteminin həddindən çox gərginliyini aradan qaldırır, yuxunu və insanın emosional vəziyyətini yaxşılaşdırır.