Ərazisi 2000 m2-dən çox olan ENTERA SPA & Wellness müalicə və sağlamlıq mərkəzi naftalan yağı, ENTERA patentləşdirilmiş konsentratı, və həmçinin Xəzər dənizinin duz və yosunları, müalicəvi vulkanik palçıqlar və müalicəvi bitkilərdən itifadə yolu ilə ənənəvi və xüsusi prosedurların simbiozudur. SPA prosedurların əsas məqsədi bütün orqanizmin sağlamlaşması və rahatlanmasıdır. Dəri örtüyünə təsir edərək bioloji aktiv komponentlər maddələr mübadiləsi prosesini aktivləşdirir, qan dövranını yaxşılaşdırır, orqanizmdən toksinləri çıxarır və ümumi hissiyatı yaxşılaşdırır.
Profilaktikayla birlikdə, əzələ və oynaqlarda iltihab və mübadilə xarakterli xroniki xəstəlikləri, ginekoloji və ürək-damar xəstəliklərini, stres və yorğunluqla bağlı nevroloji narahatlığı, maddələr mübadiləsinin pozulmasından yaranan xəstəlikləri, psoriaz, allergiya və bir çox bu kimi xəstəlikləri müalicə etmək üçün proqramlar hazırlanmışdır. Müalicə-profilaktika proqramları müalicəvi iqlim və xoşagəlimli psixoloji mühitlə vəhdətdə ən yaxşı nəticələrə nail olmağa imkan yaradır.
20 ədəd rahat prosedur otaqları, hamam, sauna, sidr çəlləyi, kriosauna, inqalyator, duz otağı, itstirahət zonası, bərbərxana, kosmetologiya və s.
Şöbələr: