Artrit oynaqları deformasiya edən sistemli iltihablı prosesdir. Adətən, əl, diz, topuq və ayaq biləyi oynaqları "əziyyət çəkməyə" başlayır.Əksər insanlarda ilkin simptomlar müəyyən edilmir və zəiflik, əzələ ağrıları və temperatur şəklində özünü büruzə verir.
Naftalanda Artrit müalicəsinin üstünlükləri.
Naftalanoterapiya əsas müalicə üsuludur, çünki naftalan nefti qığırdağın metabolizmini yaxşılaşdırır, onun destruksiyasını ləngidir, sümüklərdə, sinovial qişada, oynaqətrafı toxumalarda mikrosirkulyasiyaya müsbət təsir göstərir, ağrıları və sinoviti dayandırır. Naftalan vannaları qəbul edilərkən, aktiv inqrediyentlər sayəsində, ümumi qan dövranı yaxşılaşır, iltihab prosesi aradan qaldırılır. Kompleks terapiyada fizioterapevtik prosedurlar müsbət rol oynayır. Elektroterapiya ağrıkəsici təsir göstərir, maqnit terapiyası mikrosirkulyasiyaya xoş təsir göstərir və yerli qan dövranını yaxşılaşdırır.
✓"ARTRİTİN MÜALİCƏSİ" TƏKLİFİ-İLƏ YARARLANIN