OTAQ

SEÇ

«Əsalar muzeyi»


XİDMƏTLƏR

Naftalan nefti öz müalicəvi xüsusiyyətlərinə görə yalnız müasir dövrümüzdə məşhur deyil. Bu müalicə növünün zəngin tarixi var. Unikal quruluşa malik «Əsalar muzeyi» bu tarixə şahidlik edə bilər.

SSRİ-nin bütün guşələrindən gələn hərəkət-dayaq sistemi, nevroloji, dəri, ginekoloji, uroloji xəstəliklərdən əziyyət çəkənlərin müalicə aldığı “Naftalan” ixtisaslaşmış kurortu burada 1926-cı ildən fəaliyyətə başlamışdır. Maraqlıdır ki, buraya əsa ilə gələn sümük xəstəliklərindən əziyyət çəkənlər, buradan əsasız gedirdilər. Naftalan orqanizmə o qədər effektiv təsir göstərirdi ki, qonaqlar kurortu tərk edəndə, xatirə olaraq öz əsaslarını burada qoyub gedirdilər. “Əsalar muzeyi” də məhz bu cür yarandı. Burada siz dünyanın hər yerindən gəlmiş çoxlu sayda minnətdarlıq məktublarını, sağalmış xəstələrin əsaslarını və xəstəlik tarixçələrini, “Naftalan” kurortunun tarixi haqında faktları görə bilərsiniz.