OTAQ

SEÇ

Zəfər Parkı və ya Xatirə xiyabanı


XİDMƏTLƏR

Naftalanın yerli sakinlərinin və buraya gələn turistlərin ən sevimli məkanlarından biri də Zəfər Parkıdır. Bu adı park Azərbaycan ordusunun İkinci Qarabağ Müharibəsindəki Zəfərindən sonra almışdır. Əvvəllər park “Xatirə xiyabanı” kimi tanınırdı. Vətən uğurunda həlak olanların xatirə kompleksi “Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərimizin xatirəsinə”, “20 Yanvar şəhidləri” və “Müharibədə həlak olmuş şəhidlərin xatirəsinə” həsr olunmuş bölmələrdən ibarətdir. Naftalana gələn hər bir qonaq bu xatirə kompleksini ziyarət edir. Park həm də öz qeyri-adi gözəlliyi, ilin istənilən fəslində təmiz havadan zövq almağa imkan yaradan iynəyarpaqlı ağacların çoxluğu ilə görənləri valeh edir.