OTAQ

SEÇ

Göygöl


XİDMƏTLƏR

Göygöl – təxminən 3 kilometr uzunluğu olan kiçik dağ gölüdür. Əslində dərədə bənd olan gölün uzunluğu 800 metrdir. Göl bənd olduğundan onun dibinin səthi hamar deyil, lakin maksimum dərinlik 96 metrdir.
Bu gölün yaranma tarixi də maraqlıdır. O, 30 sentyabr 1139-cu il tarixində Gəncə yaxınlığında baş vermiş dağıdıcı zəlzələ nəticəsində yaranmışdır. Zəlzələ zamanı Kəpəz dağının zirvəsi çökərək Ağsu çayının dərəsinə düşmüşdür. Yaranan bənd elə Göygölün özüdür. Gölün suyunun kristal təmizliyi turistləri valeh edir. Bu sudan hətta gölün dibinin səthini də görmək mümkündür. Gölün suyu zəif minerallaşmışdır, yaxşı içmə və suvarma keyfiyyətlərinə görə hidrokarbonat-kalsium qrupuna aiddir. Bu keyfiyyətlərinə görə göl “Göy Göl” adını almışdır.
Naftalandan 70 km məsafədə (50 dəq.) yerləşir.