Бронирование

Номеров

Нафталановая нефть на международной выставке «Expo 2020 Dubai»

“Qafqazinfo” xəbər verir ki, beynəlxalq sərgidə Naftalanı təmsil edən Garabagh Resort & Spa, Chinar Hotel & SPA Naftalan, Gashalti Health Hotel Naftalan otellərinin stendləri və digər vəsaitləri “Azərbaycan” pavilyonunda, Dayanıqlı İnkişaf tematik zonasında yerləşdirilib.

Dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçilər ilk dəfə Naftalan neftinin nə olduğunu öyrənib və əyani olaraq onun müalicəvi effektivliyindən şəxsən əmin olublar.

Ziyarətçilərə Naftalan neftinin müalicəvi xüsusiyyətlərindən, onun təbii komponentlərinin unikallığından danışılıb. Oynaq, dayaq hərəkət sistemi, dermatoloji, uroloji və digər 70-dən artıq xəstəliklərin Naftalan nefti ilə müalicəsinin mümkünlüyü xüsusi vurğulanıb.

Ziyarətçilərə Naftalan şəhərində şəfaverici nefti ilə müalicə prosedurlarından müasir, dünya standartlarına cavab verən avadanlıqlarla təchiz edilmiş turizm sağlamlıq mərkəzlərində keçə biləcəkləri bildirilib.

Xəbərə keçid: https://qafqazinfo.az/news/detail/naftalan-nefti-expo-2020-dubai-beynelxalq-sergisinde-foto-349750