Ərazisi 2000 m2-dən çox olan ENTERA SPA & Wellness müalicə və sağlamlıq mərkəzi naftalan yağı, ENTERA patentləşdirilmiş konsentratı, və həmçinin Xəzər dənizinin duz və yosunları, müalicəvi vulkanik palçıqlar və müalicəvi bitkilərdən itifadə yolu ilə ənənəvi və xüsusi prosedurların simbiozudur. SPA prosedurların əsas məqsədi bütün orqanizmin sağlamlaşması və rahatlanmasıdır. Dəri örtüyünə təsir edərək bioloji aktiv komponentlər maddələr mübadiləsi prosesini aktivləşdirir, qan dövranını yaxşılaşdırır, orqanizmdən toksinləri çıxarır və ümumi hissiyatı yaxşılaşdırır. Profilaktikayla birlikdə, əzələ və oynaqlarda iltihab və mübadilə xarakterli xroniki xəstəlikləri, ginekoloji və ürək-damar xəstəliklərini, stres və yorğunluqla bağlı nevroloji narahatlığı, maddələr mübadiləsinin pozulmasından yaranan xəstəlikləri, psoriaz, allergiya və bir çox bu kimi xəstəlikləri müalicə etmək üçün proqramlar hazırlanmışdır. Müalicə-profilaktika proqramları müalicəvi iqlim və xoşagəlimli psixoloji mühitlə vəhdətdə ən yaxşı nəticələrə nail olmağa imkan yaradır.

20 ədəd rahat prosedur otaqları, hamam, sauna, sidr çəlləyi, kriosauna, inqalyator, duz otağı, itstirahət zonası, bərbərxana, kosmetologiya və s. Sizin xidmətinizdədir.

Biz hər bir qonağa kompleks və individual yanaşmaya zəmanət veririk.

Əsas məqsədimiz həyat keyfiyyətini artırmaqdır.

Mərkəz hər gün saat 9:00-dan 20:00-dək açıqdır.

NAFTALANIN SİRLƏRİ

Möcüzəli naftalan yağının istifdəsi ilə yerinə yetən prosedurların rəngarəngliyi, həmçinin stabilləşdirilmiş, efir yağları və vitaminlərlə ilə gücləndirilmiş NAFTOVIT™-dən və zənginləşdirilmiş, patentləşdirilmiş ENTERA™ konsentratından istifadə müalicə-sağlamlıq effektinin yaranmasına kömək edir.

  • Naftalan vannası
  • Əl üçün naftalan vannası
  • Ayaq üçün naftalan vannası
  • Dördkamerali naftalan vannası
  • Yerli naftalan vannası
  • Yerli NAFTOVIT™ aplikasiyasi
  • ENTERA™ bədən bürünməsi
  • Fizioterapiya

BALNEOTERAPİYA

Vannalar, inqalyasiya, duşlar qeyri-ənənəvi təbabətin bir hissəsidir və ENTERA™ müalicə və sağlamlıq mərkəzində geniş tətbiq olunur. Xüsusi su prosedurlarının təsir mexanizmi su məhlulunda aktiv komponentlərin temperatur, kimyəvi və mexaniki təsiri ilə müəyyən olunur. Sonuncular dəri reseptorlarını qıcıqlandıraraq əvvəlcə bədənin bir hissəsinə, sonra isə ümumi reflektor təsir göstərir.

  • Sakitləşdirici nanə yağlı südlü-ballı vanna
  • Relaks VITASU™+ dəniz yosunlu vanna
  • Antioksidant şərab ekstraktlı vanna
  • Antistress dəniz duzlu vanna
  • Cavanlaşdırıcı qızılgül yağlı vanna
  • Canlandırıcı vanna
  • Antisellülit vanna
  • Detoks mineral vanna
  • Şarko duşu
  • Inhalyasiya

BƏDƏN MASAJI

Masaj hələ qədim zamanlardan insanlara tanışdır. Bir çox əsrlər ərzində bu vasitə insanlara xeyir verir, sağlamlığı möhkəmləndirir, həyt tonusunu qaldırır, əzələləri gücləndirir və dəriyə dolğunluq verir. Bəzi insanların cavanlığını uzadır, bəzilərinə gümrahlıq qaytarır, bəzilərinə çiçəklənən görünüş bəxş edir, digərlərinə isə özünü yaxşı hiss etməyə kömək edir.

Bizim dövrümüzdə masaj idman və düzgün qidalanma ilə bərabər sağlamlıq vasitələrindən biri hesab olunur.

  • Relaxing bədən masaj
  • Detox bədən masaj
  • Classical bədən masaj
  • Antisellülit bədən masaj
  • Cavanlaşdırıcı şokoladlı bədən masaj
  • Lifting bədən masaj
  • Fitnes bədən masaj
  • Ekskluziv bədən masaj ENTERA™
  • Stimullaşdırıcı bədən masaj
  • Tonlayıcı bədən masaj
  • Ənənəvi tay masajı
  • Ənənəvi tay ayaq masajı
  • Qaynar daşlarla masaj

AROMA RİTUALLARI

Bu günədək müxtəlif bitkilər, çiçəklər, ağaclar, meyvələr, otlar və toxumlardan alınmış 150-dən çox efir yağları növü məlumdur. Onlar terapevtik, fizioloji və psixiki-emosional xüsusiyyətlərə malikdirlər.GENTLE ROSEMRY BODY SCRUB

  • Zərif rozmarin bədən skrabı
  • AROMA-FİTO bədən maska
  • Aromaterapi bədən masaj
  • AROMA kabin

BƏDƏN ÜÇÜN MASKA

Bürünmı maska kimidir, lakin bədənə çəkilir. Yalnız, maskadan fərqli olaraq, bürünmə prosedurunda bədənin böyük hissəsi təsir altına düşür və nəinki dəriyə, həm də bütün orqanizmə təsir edir.

  • Nəmləndirici şokolad bədən maska
  • Cavanlaşdırıcı şərab bədən maska
  • Sellülitə qarşı yosun bədən maska
  • Stimullaşdırıcı ENTERA™ bədən maska
  • Antistress bədən maska VİTASU™
  • Detoks mineral bədən maska VİTAVOL™
  • AROMA-FİTO bədən maska
  • Relaks düyü bədən maska
  • Cavanlaşdırıcı bədən maska BIOMINERAL™

SKRABLAR

  • Sellülitə qarşı bədən skrabı
  • Tonlayıcı dəniz duzu bədən skrabı
  • Stimullaşdırıcı NAFTOVIT™ bədən skrabı
  • DETOX VİTAVOL™ bədən skrabı
  • Yeniləyici qəhvəli bədən skrabı
  • Zərif rozmarin bədən skrabı
  • Cavanlaşan süd və bal tərkibli bədən skrabı
  • Nəmləndirici düyü bədən skrabı

SİDR ÇƏLLƏYİ

Sibir sidrinən kabinəyə buraxılan, təbii otlarla zənginləşmiş buxar insana yaxşı təsir edir və bir çox narahatlıqlardan azad olmağa kömək edir. Bu prosedurun köməyi ilə orqanizmin ümumi və hüceyrə səviyyəsində təmizlənməsi baş verir, bütün orqan və sistemlərin işi stimullaşdırılır, madələr mübadiləsi normallaşır, dəri cavanlaşır, əsəb sistemi bərpa olunub möhkəmlənir.

DUZ OTAĞI

Qaloterapiya - bu prosedur duz otağında keçirilir, bu prosedur zamanı insan ən xırda duz hissəcikləriylə doydurulmuş havayla nəfəs alır.Qaloterapiya orqanizmə möhkəmləndirici təsir göstərir və həmçinin keçirdilmiş nəfəs orqanlarının xəstəliklərindən sonra profilaktikanın və bərpanın komplekslərində fəal istifadə olunur.Duz otağının atmosferi burunun və burun qoltuqlarının selikli qabıqları vəziyyətinin yaxşılaşmasına ən yaxşı imkan yaradır.Bu prosedur siqaret çəkməyi atmış insanlara və tənəffüs sisteminin bərpası üçün tövsiyə edilir.Qaloterapiya seansı relaksasiya və stressin sakitləşdirən təsiri öhdəsindən gəlməyə və yuxunu normallaşdırmağa kömək edir.Qaloterapiya prosedurları həmçinin dəri xəstəlikləriylə əziyyət çekən xəstələr üçün nəzərdə tutulmuşdur.

 

 

Bizim mərkəz müxtəlif prosedurların və yeni nəsil kosmetik vasitələrin köməyi ilə ruhi və fiziki sağlamlıq qazanmaq təklif edən xüsusi bir yerdir. Biz öz qonaqlarımızın mərkəzimizi ziyarətdən maksimal fayda qazanmaları üçün mümkün olan hər şeyi edirik. Məhz bu səbəbə görə biz izi tiket qaydalarımızla tanış etmək itərdik:

  • Bizim Spa mərkəzində sakitləşdirici atmosfer mövcuddur. Bu sakitliyi saxlamaq üçün, biz qonaqlarımızdan siqaret çəkməməyi, bütün mobil vasitələri söndürməyi və səs-küy salmamağı xahiş edirik. Prosedurdan birbaşa əvvəl spirtli içki qəbul etmək qadağandır.
  • Biz sizə prosedurdan 15 dəqiqə əvvəl gəlməyi məsləhət görürük ki, ətrafa baxış keçirə və mühitə uyğunlaşa biləsiniz. Gecikdiyiniz halda prosedurlarda keçirəcəyiniz vaxt azala bilər.
  • Prosedurları müəyyən etməzdən qabaq mütləq olaraq kvalifikasiya olunmuş terapevtlə konsultasiya keçirilməlidir və ona orqanizminizin xüsusiyyətləri və sağlamlığınızda istənilən problem haqqında danışmaq lazımdır.
  • Prosedurları qonaq qəbulu məntəqəsində və ya birbaşa otağınızdan telefon zəngi vasitəsi ilə sifariş edə bilərsiniz. Məsləhət görürük ki, prosedurları əvvəlcədən, hətta otaq rezervasiya edəndə belə sifariş edəsiniz.
  • Özünüzlə qiymətli əşyalar və bəzək əşyalrı gətirdiyiniz halda, biz onları saxlamaq üçün yer veririk, ancaq onların məsuliyyətini daşımırıq.
  • Mərkəzimizə yalnız 16 yaşından yuxarı qonaqlar buraxılır.
  • Zəhmət olmasa, sifarişinizin ləğv olunması haqda mərkəzimizə ziyarətiniz üçün müəyyən olunmuş vaxta 24 saat qalmışdan gec olmayaraq xəbər edəsiniz. Mərkəzimizə ziyarətiniz üçün müəyyən olunmuş vaxta 12 saat qalmışdan gec xəbər etdikdə prosedurun ümumi qiymətinin 50%-i ödənilməlidir. Mərkəzimizə ziyarətiniz üçün müəyyən olunmuş vaxta 6 saat qalmışdan gec xəbər etdikdə prosedurun ümumi qiymətinin 100%-i ödənilməlidir.